AZ

Fuad Kərimli: GSNP-nin müxtəlif regionlarda konfransları keçirilə bilər

2026-cı il mayın 14-də GSNP Baş Assambleyası çərçivəsində “Qlobal Cənub: mövqelərin uzlaşdırılması və strateji əməkdaşlıq” adlı panel müzakirəsi keçirilib. GSNP-nin Baş katibi Fuad Kərimlinin moderatorluğu ilə təşkil olunan sessiyada BMT-nin Sülh Universiteti üzrə daimi müşahidəçi səfiri David Fernández Puyana, Qanadan olan GSNP üzvü, “UN-Habitat”ın idarəedici orqanlarının keçmiş katibi və hökumətlərarası əlaqələr üzrə sabiq rəhbəri Christian Mensah, Meksikadan GSNP üzvü, Meksikanın Azərbaycandakı sabiq səfiri Rodrigo Labardini və Keniyanın Maasai Mara University universitetinin vitse-kansleri Peninah Aloo-Obudho çıxış ediblər.

QHT.az xəbər verir ki, müzakirələr zamanı Qlobal Cənub ölkələrinin beynəlxalq qərarvermə proseslərində daha fəal təmsil olunmasının, dayanıqlı inkişaf, şəhərsalma, təhsil, iqlim dəyişiklikləri və sosial inklüzivlik sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

GSNP-nin Baş katibi Fuad Kərimli bildirib ki, qarşıdakı dövrdə təşkilatın Afrika, Asiya, Latın Amerikası və Sakit okean hövzəsində regional konfranslarının keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürülüb və hazırda bu istiqamətdə müvafiq dəyərləndirmələr aparılır.

Panel iştirakçıların sual-cavab sessiyası və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Seçilən
0
2
qht.az

3Mənbələr