AZ

Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb » AzadMedia.az


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstandakı Xoca Əhməd Yəsəvi məqbərəsinə nadir əlyazma Quran nüsxəsi bağışlayıb.

Bu gün Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi sammitinin iştirakçı ölkələrinin liderləri Xoca Əhməd Yəsəvi Məqbərəsini ziyarət ediblər.

Səfər zamanı Ərdoğan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məqbərəyə Osmanlı xəttatı Əhməd Şəmsəddin Karahisari tərəfindən yaradılmış əlyazma Quran hədiyyə edib.

Akordanın məlumatına görə, qonaqlara türk-islam dünyasının tanınmış mütəfəkkirlərinin və şairlərinin 45 kitabından ibarət ekspozisiya təqdim edilib. Onların arasında Nizaminin "Xəmsə"si, Füzulinin "Leyli və Məcnun" poeması və digər nadir əsərlər var.
Seçilən
9
4
azadmedia.az

5Mənbələr