Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması mayın 19-dan müvəqqəti dayandırılacaq.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, həmin tarixdən etibarən bq.edu.az portalı vasitəsilə yeni növbələrin yaradılması prosesi müvəqqəti dayandırılacaq.
Agentlik bildirib ki, fasilə müddətində sistemdə mövcud olan, lakin hələ təsdiqlənməmiş sorğular silinəcək.
Qeyd olunub ki, növbəti tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı ətraflı məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.