AZ

Almaniyada mənzil böhranı

Almaniyada mənzil tapmaq, xüsusilə, böyük şəhərlərdə getdikcə çətinləşir. Kirayələr sürətlə artır, münasib qiymətə ev tapmaq isə demək olar ki, mümkünsüz olur. Bu vəziyyətdən ən çox zərər görənlər arasında miqrantlar və qaçqınlar var.

“Deutsche Welle” telekanalının yaydığı məlumata görə, hazırda Almaniyada təxminən 1,4 milyon mənzil çatışmazlığı olduğu bildirilir. Problem əsasən ucuz və orta qiymətli evlərdə hiss olunur. Əhalinin artması və tək yaşayan insanların çoxalması mənzil tələbatını yüksəldib, amma tikinti bu tempə çatmayıb.

Araşdırmalara görə, miqrant insanlar daha kiçik və sıx evlərdə yaşayır, gəlirlərinin böyük hissəsini kirayəyə xərcləyirlər. Onların ev sahibi olma imkanı yerli almanlarla müqayisədə xeyli aşağıdır. Aşağı gəlir, dil problemi, sosial əlaqələrin zəif olması kimi səbəblər miqrantların ev tapmasını çətinləşdirir. Bundan əlavə, bəzi hallarda irqçilik və ayrı-seçkilik də müşahidə olunur. 

Statistikaya görə, Almaniyada evsizlərin sayı da artır. 2024-cü ildə ölkədə təxminən 532 min evsiz insan qeydə alınıb və onların böyük hissəsi Almaniya vətəndaşı deyil. Mənzil problemi artıq iqtisadi problemə çevrilib. Çünki iş yerlərinin çox olduğu şəhərlərdə münasib ev yoxdur. Buna görə də bəzi şirkətlər xaricdən gələn işçilərə mənzil tapmaq üçün dəstək verməyə başlayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
74
azerbaijan-news.az

1Mənbələr