AZ

“Bu sualın cavabını yalnız bir nəfər bilir”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Tayvanı müdafiə etməyə hazır olması ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

“Qafqazinfo” xəbər verir ki, bu, onun jurnalistlərlə söhbəti zamanı baş verib.

“Mən bunu demək istəmirəm, deməyəcəyəm. Bu sualın cavabını yalnız bir nəfər bilir. Bilirsiniz, kimdir? Mən”, - Amerika lideri deyib.

Tramp həmçinin vurğulayıb ki, son danışıqları zamanı Çin Sədri Si Cinpinin oxşar sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, Tramp bundan əvvəl Çinə səfəri zamanı Si Cinpinlə Tayvan və İran məsələlərində qarşılıqlı anlaşma əldə edə bildiyini demişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
4
qafqazinfo.az

5Mənbələr