AZ

® “Rabitəbank” “Garmin Pay” təmassız ödəniş həllini müştərilərin istifadəsinə verib

“Rabitəbank” ASC rəqəmsal bankçılıq həllərini genişləndirməyə davam edərək müştərilər üçün daha bir innovativ ödəniş imkanını istifadəyə verib. Artıq “Kartmane Visa” kart sahibləri kartlarını “Garmin” ağıllı saatlarına əlavə etməklə ödənişlərini sürətli, rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.

Yeni xidmət sayəsində istifadəçilər gündəlik ödənişlərini fiziki karta və ya mobil telefona ehtiyac olmadan birbaşa “Garmin” saatları vasitəsilə icra edə biləcəklər. Bunun üçün müştərilər “Kartmane Visa” kartlarını “Garmin Pay” platformasına inteqrasiya etdikdən sonra “Garmin” ağıllı saatlarını POS-terminala yaxınlaşdırmaqla ödənişlərini sürətli, təhlükəsiz və tam təmassız şəkildə həyata keçirə bilərlər. Eyni zamanda “Garmin” saatları vasitəsilə “Rabitəbank”ın təmassız bankomatlarında da müxtəlif əməliyyatların icrası mümkündür.

“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq təqdim edilən bu xidmət müasir texnologiyaları gündəlik maliyyə əməliyyatlarına inteqrasiya etməklə istifadəçilərə daha çevik bankçılıq təcrübəsi təqdim edir. “Garmin Pay” texnologiyası beynəlxalq təhlükəsizlik standartlarına uyğun qorunur və ödəniş zamanı kart məlumatlarının təhlükəsizliyini təmin edir.

“Garmin Pay” xidmətinin aktivləşdirilməsi isə olduqca sadədir. İstifadəçi mobil telefonunda “Garmin” tətbiqinə daxil olaraq saatın tənzimləmələri bölməsində “Garmin Pay” funksiyasını seçir, “Kartmane Visa” kart məlumatlarını əlavə edib qeydiyyatı tamamlayır. Bundan sonra saat üzərində yaradılan rəqəmsal cüzdan vasitəsilə təmassız ödənişlərdən rahat şəkildə istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Seçilən
2
10
azertag.az

10Mənbələr