AZ

“Heç vaxt nokauta fokuslanmıram” Rafael Fiziyev in sualını cavablandırdı VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Mən heç vaxt nokauta fokuslanmıram”.

Bu sözləri Rafael Fiziyev bu il Bakıda keçiriləcək "UFC Fight Night" turniri ilə bağlı təşkil olunan mətbuat konfransında İdman.Biz-in sualını cavablandırarkən deyib.

O bildirib ki, azsaylı döyüşçü “mən hazırlaşıram və bu raundda nokaut edəcəyəm” deyə bilər:

Bu gönderiyi Instagram'da gör

İdman.Biz (@idmanbiz)'in paylaştığı bir gönderi

"Hamı belə deyir, amma əslində bunu etmək çox çətindir. Mən həmişə rəqibimi üstələmək və məğlub etmək üçün fürsət axtarıram. Fürsət birinci raundda da yarana bilər, beşinci raundda da. Hətta bəzən rəqibimdə də belə bir fürsət yarana bilər. Mən isə əlimdən gələni edəcəyəm ki, ona belə imkan verməyim".

“Rəqibinizin sizin üçün ən təhlükəli tərəfi nədir” sualına isə Rafael Fiziyev belə cavab verib:

“Ən narahatedici və təhlükəli tərəfi, məncə, onun qabaritləri, boyu və antropometriyası ola bilər. Çünki mən adətən öz divizionumda rəqiblərə antropometriya baxımından uduzuram. O da hündürdür, uzun qolları var. Bu mənada müəyyən narahatlıq və təhlükə yarada bilər”.

Orxan Fuladi

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
icma.az

1Mənbələr