AZ

Sançez dünyaya elan etdi: İsrail varsa, biz yoxuq!

ain.az, Turkstan.az saytına istinadən bildirir.

İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin bu ilki Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqladı.

Turkustan.az xəbər verir ki,Sançez İsrailin müsabiqədən kənarlaşdırılmalı olduğunu iddia edərək "ikili standart"ı vurğuladı.Pedro Sançez açıqlamasında Rusiyanın Ukraynanı işğal etdikdən sonra Eurovisiondan çıxarıldığını xatırladıb. Sançez deyib: “Rusiya Ukraynanı işğal edəndə yarışmadan çıxarıldı. Eyni prinsiplər İsrailə də şamil edilməlidir; ikili standartlar ola bilməz”.İsrailin Qəzza və Livanda etdiyini "soyqırım" adlandıran Sançez bildirib ki, "Qanunsuz müharibə və soyqırım qarşısında susmaq mümkün deyil. Qəzza və Livanda baş verənlərə laqeyd qala bilmərik. Bu, məsuliyyət və insanlıq məsələsidir".

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
icma.az

2Mənbələr