AZ

Tramp Si Cinpini diktator adlandırmaqdan imtina etdi

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp özdən əvvəlki prezident Co Baydenin əksinə Çin Xalq Respublikasının sədri Si Cinpini diktator adlandırmaqdan imtina edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp jurnalistin Çin sədri barədə diktator olub-olmaması sualına təyyarəsində cavab verib.

“O, Çin dövlətinin rəhbəri, sədri. Mən onu hörmətlə qarşılayıram, çox ağıllıdır və öz ölkəsini sevir. Mən ona hörmət edirəm, diktator olub-olmaması məsələsini isə siz araşdırmalısınız”, – deyə bildirib.

Jurnalistlər Trampa Baydenin qiymətləndirməsi ilə razı olub-olmamasını soruşduqda isə Tramp özündən əvvəlki prezidentə “səlahiyyətli olmayan prezident” deyə qiymət verib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr