Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanda ən yüksək nəticəni 300 bal toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
“Cebheinfo.az”