Bakı Dövlət Universiteti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə "Dayanıqlı və davamlı şəhərlərin inkişafında insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan "Bakı Şəhərsalma Həftəsi 2026" platformasının əsas və mühüm tədbirlərindən biridir.
Konfransda dövlət qurumlarının rəhbərləri, Birləşmiş Millətlər Təşkilatından olan nümayəndələr, həmçinin beynəlxalq ekspertlər, alimlər və şəhərsalma sahəsində ixtisaslaşmış şəxslər iştirak edirlər.
Tədbirin ilk hissəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, eyni zamanda, elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisdən olan sədr və sədr müavinləri, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda rezident əlaqələndiricisi İqor Qarafuliç, eyni zamanda, Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev, eləcə də müxtəlif universitetlərdən olan rektorlar iştirak ediblər.
Konfransda şəhərsalma, memarlıq, mühəndislik, ekologiya, iqtisadiyyat, eyni zamanda, hüquq, sosial elmlər, rəqəmsal texnologiyalar kimi müxtəlif sahələr üzrə yanaşmalar müzakirə olunur.