AZ

Bakıdan Naxçıvana uçuşlarda problem yarandı KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bakıdan Naxçıvana və əks istiqamətdə uçuşlarla bağlı problem yaranıb.

KONKRET.az xəbər verir ki,bu barədə Naxçıvana uçmaq istəyən sərnişinlərdən biri məlumat verib.

“Səhər saat 9-dan Bakıda hava limanında qalmışıq. Naxçıvana uçuş saat 11-də olmalı idi. Təxirə salındı. Dedilər ki, saat 16.00-da olacaq. Sonra yenidən təxirə saldılar. İndi deyirlər, satt 19.00-da olacaq. Hələ o da dəqiq deyil. Ümumiyyətlə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysi ilə bütün üçüşlar təxitrə düşüb. Səhər 10.30, 11.00 və ondan sonrakı reylərin heç biri gəlib-getməyib. Biabırçı vəziyyətdir. Qalmışıq başlı-başına”, – deyə həmsöhbətimiz bildirib.

Məsələ ilə bağlı AZAL-a sorğu ünvanlamışıq.(kontekstaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
konkret.az

3Mənbələr