AZ

“Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” Video

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinq zamanı ona mane olan jurnalistin zaldan çıxarılmasını istəyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Hindistanda səfərdə olan Lavrovun Nyu-Dehlidə baş tutan mətbuat konfransı zamanı baş verib.

Belə ki, jurnalistin telefonundakı tərcümə proqramı xarici işlər nazirinin çıxışına mane olub. Lavrov əvvəlcə jurnalistdən zalı tərk etməsini xahiş edib, sonra isə mühafizə xidmətindən onun zaldan çıxarılmasını istəyib. 

Jurnalist telefonunu təhvil vermək istəmədikdə isə Lavrov onu zarafatla hədələyib.

“Əgər telefonunuzu verməsəniz, onlar silah çıxaracaqlar”, - Lavrov mühafizə xidməti əməkdaşlarına işarə edərək bildirib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
4
qafqazinfo.az

5Mənbələr