AZ

Şavkat Mirziyoyev: Azərbaycan Prezidenti TDT nin nüfuzunu möhkəmləndirmək üçün böyük səylər göstərib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının nüfuzunu və birliyini möhkəmləndirmək yönündə səylərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Özbəkistan Prezidenti bunu Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Təşkilatımızın nüfuzunu və birliyini möhkəmləndirmək yönündə böyük səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmərəli sədrliyə görə səmimi minnətdarlığımı ifadə edirəm”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
6
apa.az

7Mənbələr