Qafqazinfo saytına istinadən ain.az xəbər verir.
Baş prokuror Masallı rayonunda vətəndaşlar qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən qəbulda Baş prokuror Kamran Əliyev Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 51 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.