AZ

Nazirlər Kabineti Prezidentin Protokol xidməti ilə bağlı qərar verdi

Nazirlər Kabineti “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Pravda.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin, Birinci xanımının və Birinci vitseprezidentinin iştirakı ilə keçirilən ölkədaxili səfərlər zamanı protokol tədbirlərinin həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödəniləcək.

Tarix: 15 May 2026, 15:59   
Seçilən
3
15
pravda.az

10Mənbələr