AZ

MPL: Yevlaxda heyətlər bilindi, "Araz-Naxçıvan" "Kəpəz"ə qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 32-ci tur start götürür.

Fanat.Az xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.

Sonuncudan əvvəlki tur Yevlaxda start götürəcək. Açılış oyununda “Karvan-Yevlax” “Qəbələ”ni qəbul edəcək. 

Günün digər oyunu Sumqayıtda baş tutacaq. “Araz-Naxçıvan” “Kəpəz”i "Gənclik şəhəri"ndə qəbul edəcək. 

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.

Misli Premyer Liqası
27-ci tur
15 may

17:00. "Karvan Yevlax" – "Qəbələ"
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov, Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax. Şəhər stadionu.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni. 
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 8. Peter Kings, 10. Samuel Durrant. 
Baş məşqçi: Füzuli Məmmədov. 
Qəbələ”: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 6. Xayme Syerra, 14. Domi Massumo. 
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 22. Fərid İsgəndərov, 26. Elnur Mustafayev, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Quimbila. 
Baş məşqçi: Kaxaber Tsxadadze. 

19:30. "Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov, Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sumqayıt. "SOCAR Polymer Arena".

Seçilən
13
4
fanat.az

2Mənbələr