AZ

“Sizin Lombard” (GL) fond bazarındakı borcları təkcə 6 ayda 7 mln. manata qalxıb

“Sizin Lombard” lombard şirkəti və ya “GL” ASC-nin istiqrazlarının 53 investorun iştirakı ilə fond bazarında ümumilikdə 3 milyon manat vəsait cəlb edib.

Banker.az xəbər verir ki, 15 may 2026-cı il tarixdı sifarişlərin Bakı Fond Birjasındakı ümumi həcmi və reallaşdırılmış həcm tam olaraq 3 milyon manat təşkil edib.

Şirkətin yerləşdirdiyi istiqrazlar faizli, təminatsız, sənədsiz və adlı istiqrazlardır. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 30 min istiqraz yerləşdirilib. İllik gəlirlilik 15% təşkil edir və faiz ödənişləri aylıq həyata keçiriləcək.

İstiqrazların tədavül müddəti 7 ildir. Yerləşdirmə üzrə anderrayter qismində “İnvest-AZ İnvestisiya Şirkəti” QSC çıxış edib.

Nizamnamə kapitalının 100%-i Fərman Quliyevə məxsus olan lombard şirkətin 2024-cü ilin audit edilmiş nəticələrinə görə, cəmi öhdəlikləri 50.75 milyon manatdan çoxdur.  Aktivlərin həcmi isə cəmi 53 milyon manatdır. Bunun da 46.3 milyon manatı kreditlərdir. Şirkətin audit hesabatını 2022, 2023 və 2024-cü illərdə ardıcıl olaraq “Prime Audit Tax Consultıng” MMC adlı şirkət aparıb.

Bu hesabatlardan sonra emissiya prospektində 2025-ci il üzrə tam göstəricilərə yer verilməyib ki, ümumi yenilənmiş borc və aktivləri hesablamaq mümkün olsun. Bununla belə, cari ilin ilk rübündə açıqlanan emissiya prospektində 2025-ci ildə cəmi kapitalın (hansı ki, burada bölüşdürülməmiş mənfəət də yer alır) 2.17 mln. manatdan 3.47 mln. manata yüksəldiyi diqqətə çatdırılır.

“GL” 2025-ci il üçün xalis mənfəət 5.05 milyon manat olub ki, bu da şirkət tarixinin ən yüksək nəticəsidir. Müqayisə üçün, 2024-cü ildə xalis mənfəət 3.03 milyon manat təşkil edib. Digər bir fakt isə odur ki, “GL” təkcə son 6 ayda ümumilikdə 7 milyon manatlıq borc cəlb edib. Şirkət ötən ilin noyabr və dekabr aylarında eyni şərtlərlə, hər dəfə 2 mln. manat olmaqla vəsait cəlb etmişdi.

Sonuncu dəfə bildirilir ki, şirkət bu vəsaitləri mövcud borc öhdəliklərinin vaxtında və tam yerinə yetirilməsini təmin etmək, maliyyə vəziyyətini möhkəmləndirmək və maliyyə dayanıqlılığını artırmaq məqsədilə cəlb edir.

Seçilən
12
banker.az

1Mənbələr