Xalq artisti Aygün Kazımova ötən gün konsert verib.
Bakıvaxtı.az Axşam.az-a istinadən xəbər verir ki, pop kraliça bir müddət əvvəl keçirdiyi xəstəlikdən sonra səhhətinin yaxşılaşdığını bildirib.
O, səhnədə “İkinci həyatımı yaşayıram” deyərək, hisslərini sevənləri ilə bölüşüb: “Sizin sevginiz, dualarınız sayəsində buradayam. Allah məni sevənlərimə qaytardı. Bunu ikinci həyatım kimi qəbul edə bilərsiniz. Sağ olsun həkimlər, məni sizə qaytardılar”.