AZ

Tokayev TDT yanında rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılmasını təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) yanında Rəqəmsal Monitorinq Mərkəzi və Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasını təklif edib.

"Far.Az"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, K.Tokayev bunu TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bəyan edib.

"Bu qurumlar təşkilatın üzv dövlətlərinə rəqəmsal texnologiyaların imkanlarından daha fəal istifadə etməyə şərait yaradacaq. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində yaranan təhdidləri də nəzərə almaq lazımdır", - K.Tokayev deyib.

Xəbər yenilənir

Seçilən
0
1
far.az

2Mənbələr