AZ

Şahin Mustafayev Overçukla görüşüb - FOTOLAR

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukla görüşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, işgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan-Rusiya iqtisadi münasibətləri, bu ilin aprelin 16-da Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının yekunları və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.

"Cebheinfo.az"

Seçilən
24
10
cebheinfo.az

10Mənbələr