AZ

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərov dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Cəfərov Rafiq Şirvan oğlu Füzuli rayonunun Əbdülrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.

Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov 1993-cü ilin iyul ayında Birinci Qarabağ müharibəsində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan ekspertiza nəticəsində müəyyən edilib.

***

12:46

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında, şəhidlər cərgəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən edilib.

Birinci Birinci
Seçilən
19
20
apa.az

10Mənbələr