AZ

Azərbaycanda neçə qadın aliment verir?

Azərbaycanda neçə qadın aliment verir?

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında 134 min aliment işi olub.

AFN.az xəbər verir ki, bu barədə "Modern.az"-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

"Hazırda icraatda olan aliment işlərindən təxminən 2500-ü (icraatda olan ümumi aliment işlərinin təxminən 1,9 faizi) üzrə borclu tərəf qadınlardır", - deyə rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, 2025-ci ildə icraatda ümumilikdə 142 minədək aliment işi olub.

Seçilən
9
4
afn.az

5Mənbələr