Aktual.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Xüsusilə, "Təhlükəli döngə”, "Təhlükəli döngələr”, "Sərt eniş”, "Sərt yoxuş”, "Döngənin istiqaməti” nişanları sürücünü qarşıdakı yol şəraiti haqqında əvvəlcədən xəbərdar edir, qabaqlayıcı tədbirlər görməyi tələb edir. Qalır bircə xəbərdarlığa əməl etmək.
Unutmayaq! Yol nişanları təkcə nizamlama vasitəsi deyil, həm də təhlükəsizliyimizin qarantıdır", - deyə məlumatda qeyd olunub.