AZ

Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?

Qırğızıstan baş naziri Adılbek Kasıməliyev dövlət qulluqçularına yay aylarında işə pencəksiz gəlməyi tapşırıb.

Publika.az xəbər verir ki, o, mayın 13-də keçirilən işçi müşavirədə məmurların enerji sərfiyyatına qənaət məqsədilə yalnız köynəklə işə gəlmələrinin vacibliyini bildirib.

“Hamımız kostyumları çıxarmalı və işə köynəklə gəlməliyik”, - deyə hökumət başçısı vurğulayıb.

Kasıməliyev bildirib ki, bu addımın nümunəsi kimi Yaponiyanın təcrübəsi götürülüb. Onun sözlərinə görə, Yaponiya 2005-ci ildə “Cool Biz” adlı kampaniyaya başlayaraq kondisionerlərdən istifadənin azaldılması və daha sərbəst geyim qaydalarının tətbiqi ilə milyardlarla yen qənaət edib.

“Yaponiyada belə təcrübə olub. Yayda elektrik enerjisindən istifadə çox artdığı üçün onlar bu formaya keçdilər. İnsanlar işə qalstuksuz köynəklə gəlməyə başladılar və nəticədə dövlət milyardlarla yenə qənaət etdi”, - deyə o əlavə edib.

Seçilən
11
publika.az

1Mənbələr