AZ

“İŞİD in yenidən fəallaşmasının arxasında İsrail dayanır” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Suriyada İŞİD yenidən dirçəlməsi və hücumları artırması əsasən ölkədə kürd faktorunu yenidən canlandırmaq və ölkədə siyasi sabitliyin təmin olunmasına imkan verməməkdir. Bu planın arxasında İsrail dayanır”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“İsrail açıq şəkildə Suriyaya hərbi müdaxilə edə bilmir. Həmçinin Kürd silahlı qruplarının fəaliyyətinin bərpa olunmasına çalışır.

İsrail sabit və təhlükəsiz Suriyanın inkişafında maraqlı deyil. Son aylar Suriyanın öz hərbi potensialını inkişaf etdirməsi, havadan müdafiə sistemləri qurması İsraildə həyəcanla qarşılanır.

İsrail Suveyda bölgəsində druziləri silahlandırir. Bundan əlavə, şimal -şərqdə İŞİD silahlandıraraq Suriya hökumət qüvvələrinə qarşı hücumları genişləndirir”.

Siyasi şərhçi əlavə edib ki, Suriyanın güclənməsi və Türkiyənin burada artan siyasi mövqeyi İsraili narahat edən əsas faktordur:

“İsrail rəsmilər vaxtaşırı Ə. Şaranı İsrailə qarşı əməliyyatlara başlayacağı və Qolan təpələri ilə bağlı tələbələri irəli sürəcəyini qeyd edirlər. Məhz buna görə İsrail üçün Suriya potensial təhlükə kimi qəbul edilir.

Qeyd edim ki, İsrailin İŞİD planı kürd silahlılarının yenidən  dirçəlişinə gətirib çıxarmayacaq. İsrail şimal -şərqdə kürd və Suveyda bölgəsində Duruzlara muxtariyyətin alınmasında maraqlıdır. Bununla zəif Dəməşq hökumətinə qarşı daima təzyiqlər etsin. Amma , Suriyada Türkiyə Avropa ölkələri Suriyanın parçalanmasına imkan verməyəcəklər”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
3
icma.az

4Mənbələr