Aktual.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabında paylaşım edib.
Diplomat faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib:
"Bu gün dünyanın müxtəlif ölkələrindəki Ukrayna diplomatik nümayəndəliklərində, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib və xatirə kitabları açılıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.