AZ

Benjamin Netanyahudan The New York Times və jurnalistə sərt xəbərdarlıq » AzadMedia.az

Benjamin

Benjamin Netanyahu X sosial şəbəkəsində bildirib ki, o, hüquq məsləhətçilərinə The New York Times və jurnalist Nicholas Kristof qarşı ən sərt hüquqi addımların nəzərdən keçirilməsi barədə göstəriş verib.
Netanyahu onların İsrail əsgərlərini böhtanla ittiham etdiyini və zorlanma ilə bağlı “qanlı böhtan” yaydığını iddia edib. O deyib ki, bu yazılar vasitəsilə HAMAS terrorçuları ilə İsrail ordusu arasında saxta bərabərlik yaradılmağa çalışılır.
İsrail rəhbəri vurğulayıb ki, onun rəhbərliyi dövründə ölkə belə ittihamlara səssiz qalmayacaq.
O əlavə edib ki, İsrail həm ictimai rəy qarşısında, həm də məhkəmədə bu iddialara qarşı mübarizə aparacaq.
Sonda Netanyahu “Həqiqət qalib gələcək” ifadəsini işlədib.

Seçilən
1
1
azadmedia.az

2Mənbələr