AZ

Dünya Kubokuna görə Fransa millisinə çağırılanların adları açıqlandı

ain.az bildirir, Yeniavaz portalına istinadən.

“Real Madrid”in hücumçusu Kilian Mbappe 2026-cı il Dünya Kuboku üçün Fransa milli komandasına dəvət alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qrupa 26 nəfər daxil olub. Bunlar qapıçılar Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”), Robin Risser (“Lens”), müdafiəçilər Jül Kunde (“Barselona”, ​​İspaniya), Luka Din (“Aston Villa”, İngiltərə), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Malo Qusto (“Çelsi”, İngiltərə), Luka Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Dayo Upamekano (“Bavariya”, Almaniya), İbraima Konate (“Liverpul”, İngiltərə), Maksens Lakrua (“Kristal Pelas”, İngiltərə), yarımmüdafiəçilər N'Qolo Kante (“Fənərbağça”, Türkiyə), Manu Kone (“Roma”, İtaliya), Adrien Rabyo (“Milan”, İtaliya), Orelyen Tçuameni (“Real Madrid”, İspaniya), Uorren Zair-Emri (PSJ), hücumçular Maqnes Akliuç (“Monako”), Bredli Barkolya, Desire Due, Usman Dembele (hamısı PSJ), Rayan Şerki (“Mançester Siti”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real Madrid”, İspaniya), Maykl Olise (“Bavariya”, Almaniya), Markus Türamdır (“İnter”, İtaliya).

Qeyd edək ki, Fransa milli komandası iki dəfə Dünya Kubokunu qazanıb (1998 və 2018). Son turnirdə komanda finalda Argentinaya penaltilərdə uduzaraq ikinci yeri tutub. Fransa millisinin baş məşqçisi Didye Deşamdır.

Xatırladaq ki, Fransa millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Seneqal, İraq və Norveç komandaları ilə oynayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
yeniavaz.com

10Mənbələr