AZ

ABŞ hərbi helikopteri təcili eniş etdi

ABŞ ordusuna məxsus “AH-64E Apache” helikopteri Cənubi Koreyanın paytaxtı Seoul şəhərinin cənubunda yerləşən düyü sahəsinə təcili eniş edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumata yayıb. 

Bildirilir ki, hadisə zamanı helikopterdə olan 2 pilot xəsarət almayıb.Qeyd olunur ki, ABŞ ordusuna aid “AH-64E Apache” helikopteri yerli vaxtla günorta saatlarında Seuldan təxminən 65 kilometr cənubda yerləşən Gyeonggi Province bölgəsindəki düyü sahəsinə məcburi eniş edib.

Yerli polis tərəfindən verilən açıqlamada bildirilib ki, Cənubi Koreyadakı ABŞ qüvvələri helikopterin texniki baxışını həyata keçirəcək və onun ərazidən çıxarılması bir neçə gün çəkə bilər. Faktla bağlı araşdırma davam edir.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr