AZ

Mirziyoyev və Japarov nəyi müzakirə etdi?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qırğızıstanlı həmkarı Sadır Japarovla Türküstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti çərçivəsində keçirilən görüşdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini müzakirə ediblər.

"Report"un Türküstana ezam olunmuş müxbirinin məlumatına görə, tərəflər özbək-qırğız dostluq, qonşuluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Liderlər qarşılıqlı ticarətin dinamik artımını, sənaye, kənd və su təsərrüfatı, digər prioritet sahələrdə kooperasiya layihələrinin irəliləməsini qeyd ediblər.

Həmçinin tərəflər ali səviyyədə əldə edilmiş razılaşmaların praktiki həyata keçirilməsinə, o cümlədən energetika və nəqliyyat əlaqələri sahəsində iri regional layihələrin, xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin sürətləndirilməsi üzrə tədbirlərə toxunublar.

Mirziyoyev və Japarov həmçinin regional gündəliyin mühüm aspektləri barədə fikir mübadiləsi aparıb və qarşıdakı ali səviyyəli tədbirlərin cədvəlini nəzərdən keçiriblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr