AZ

Müasir şəhər fövqəladə hallara hazırlıq baxımından da yüksək standartlara cavab verməlidir - Nazir müavini

"Bu gün sürətlə inkişaf edən şəhərlər qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir".

Azreform.info xəbər verir ki, bunu "Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar" mövzudunda keçirilən konfransda Fövqəladə Hallar nazirinin müavini Cəbrayıl Xanlarov deyib.

O bildirib ki, urbanizasiya proseslərinin genişlənməsi, çoxmərtəbəli tikililərin sayının artması, yeni yaşayış massivlərinin salınması və infrastruktur layihələrin həyata keçirilməsi şəhərsalma siyasətində seysmik risklərin daha dərindən öyrənilməsini və nəzərə alınmasını zəruri edir:

"Azərbaycan seysmik aktiv regionda yerləşir və bu reallıq bizi bina və qurğuların layihələndirilməsi, inşası, istismarı proseslərinə, və ümumiyyətlə, tikinti və şəhərsalma fəaliyyətinə xüsusi məsuliyyətlə yanaşmağa məcbur edir. Müasir şəhər yalnız estetik baxımdan deyil, həm də təhlükəsizlik, davamlılıq və fövqəladə hallara hazırlıq baxımından yüksək standartlara cavab verməlidir.

Məhz buna görə də bugünkü konfransın mövzusu xüsusi aktuallıq kəsb edir. Seysmik təhlükənin qiymətləndirilməsi artıq yalnız elmi tədqiqat sahəsi deyil, eyni zamanda dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı strateji məsələdir".

Billurə Yunus

Seçilən
9
1
azreform.info

2Mənbələr