AZ

Arsenal mövsümün əvvəlində transfer etdiyi futbolçunu göndərəcək

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

"Arsenal" yayda Kristian Nyorqoru satmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta danimarkalı futbolçunun performansından razı deyil. Bu barədə "The Times" nəşri məlumat yayıb.

Premyer Liqanın lideri 32 yaşlı dayaq yarımmüdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Arsenal" Kristian Nyorqoru mövsümün əvvəlində "Brentford"dan 11 milyon avroya transfer edib. Təcrübəli oyunçu "topçular"ın heyətində Premyer Liqada 6 matçda cəmi 56 dəqiqə meydanda olub.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
sportal.az

2Mənbələr