AZ

WUF13 günlərində ictimai nəqliyyat yalnız bu şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Bakıda 17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərəcək könüllülər üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq.Bu barədə Bizim.Media-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.Bildirilib ki, forum müddətində yalnız WUF13 könüllüləri paytaxtın ictimai nəqliyyat xidmətlərindən pulsuz yararlana biləcəklər.Qərarın tədbir iştirakçılarının hərəkət rahatlığının təmin olunması məqsədilə qəbul edildiyi qeyd olunub.

 

Qeyd edək ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddətində Heydar Aliyev International Airport ilə müəyyən edilmiş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

Bununla yanaşı, tədbir məkanına təşkil olunacaq nəqliyyat xidmətləri də ödənişsiz olacaq.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
16
bizim.media

10Mənbələr