Tibb müəssisələrində istifadə olunacaq tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan ehtiyac əvvəlcədən müəyyənləşdirilərək tam təmin edilib. Həmçinin WUF13 ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən növbəlilik əsasında 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb.
WUF13 çərçivəsində ayrılmış hotellər və tədbirin keçirildiyi ərazilərdə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları 24/7 fəaliyyət göstərəcək. Təcili tibbi yardım xidmətinin fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə ehtiyat nəqliyyat vasitələrinin ayrılması da nəzərdə tutulub.
Bununla yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində iştirak edən heyət (həkim, orta tibb işçisi və sürücü) üçün təməl və təkmil həyat dəstəyi üzrə təlimlər təşkil edilib. Eyni zamanda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllüləri üçün də ilkin tibbi yardım mövzusunda təlim keçirilib. Təlim proqramları iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib. Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının aparılması qaydaları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə praktiki biliklər verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31