AZ

Putin üçün xüsusi tribunal yaradıldı

BAKI, 15 may. TELEQRAF

“Ukraynaya qarşı Təcavüz Cinayətinə dair Xüsusi Tribunalın yaradılması üçün icra sazişi təsdiqlənib. Müharibənin təşəbbüskarı Rusiya Prezidenti Vladimir Putin və onun rejiminin nümayəndələrinin cəzalandırılması qaçılmazdır”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, müvafiq qərar bu gün Kişinyovda (Moldova) keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında qəbul edilib.

Seçilən
3
teleqraf.com

1Mənbələr