AZ

Heydər Əliyevin sayəsində kəndimiz ölkədə məşhur oldu Qəzənfər Paşayev yazır

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Qəzənfər PAŞAYEVRespublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Onun ən qiymətli sərvəti zəhmətkeş insanlarıdır.

Heydər Əliyev

Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi işləyəndə üç dəfə (avqust-1975, iyul-1977, sentyabr-1980) Tovuz rayonunun Düzqırıxlı kənd Mədəniyyət sarayında respublika üzümçülərinin Zona Müşavirəsini və Tovuz rayon partiya fəallarının yığıncağını keçirmiş, hər gəlişində rayonun "V.İ.Lenin" adına, "F.Engels" adına, "Ş.M.Kirov" adına, "S.Vurğun" adına, "Qəbələ", "Nizami" adına, "M.B.Qasımov" adına, "Ə.Bayramov" adına sovxozlarda olmuş, əməkçilərin rəşadətli işi və məişət şəraiti ilə maraqlanmışdır. Uğurlardan, nöqsanlardan danışmış, görüləcək işlərdən, əhalinin rifahının, yaşayış şəraitinin yaxşılaşdırılması yollarından söz açmış, tövsiyələr vermişdir.

Heydər Əliyevin səyi və tələbkarlığı nəticəsində ölkəmiz, o cümlədən də Tovuz rayonu üzümçülük diyarına çevrilmişdi.

Ümummilli liderin rayonumuza hər gəlişi toy-bayrama çevrilirdi. Tovuzlular onu gül-çiçəklə, böyük coşğu, sevinc və məhəbbətlə qarşılayırdı. Heydər Əliyevlə hər görüş unudulmaz hadisəyə çevrilirdi.

Kəndimizdə və nəslimizdə dahi şəxsiyyət Heydər Əliyevə xüsusi ehtiram və sonsuz məhəbbət vardır.

Heydər Əliyev kəndimizdə "Beşilliyi üç ildə yerinə yetirmək uğrunda mübarizə aparan briqada"ların rəhbərləri Nəriman Qocayev və Nəsrəddin Məmmədov, qabaqcıl üzümçülər Aybəniz və Xurma Rzayeva, Məcid Hüseynovun sahələrində olmuş, Xəlfəqulu oğlu Abbasın sahəsində yeni üzüm sortu əkmişdir.

Ümummilli lider Abbas kişinin bol məhsullu üzüm sahəsində olarkən demişdi: "Ağsaqqal, biz Bakıdan gəlmişik, nəyə ehtiyacın var, arzun nədir?" Abbas kişi demişdi: "Qadan alım, heç nəyə ehtiyacım yoxdur. Arzum isə odur ki, gedən qonağım ol, beş-altı toğlum var, birini kəsim. Siz gedəndən sonra qürrələnim ki, böyük bir adam qonağım olub". Heydər Əliyev ürəkdən gülərək söyləmişdi: "Bizim böyük olduğumuzu haradan bildin?" "Qadan alım, bunu bilməyə nə var ki? Yaşım 70-dən yuxarıdır, ömrümdə bir kişinin başına bu qədər adam yığışdığını görməmişəm". Ulu öndər ürəkdən gülmüş və demişdi: "İndi tələsirik. Çalışaram, gələn dəfə qonağın olum".

Heydər Əliyev Tovuz əməkçilərinin əməyinə yüksək qiymət vermiş, Tovuzun torpağı, təbiəti, insanları barədə dediyi: "Mənim və Bakıdan gələn başqa yoldaşların hamısının qəti qənaəti budur ki, doğrudan da Tovuz rayonunun özü də xoşbəxtdir, insanları da xoşbəxtdir. İqlimi də, təbiəti də gözəldir".

Ulu öndərin sözləri qürur doğurur.

Tovuzlular o böyük şəxsiyyətin dediyi sözləri də, özünü də heç vaxt unutmayacaqlar.

Öndrimizin kndimizd yeni üzüm sortu kmsi v vtnprvrlik nümayiş etdirmsi d unudulmur. Kndimizin "Mdniyyt sarayı" zövql inşa edilmiş gözl tikilidir. Özülün üstünd qırmızı torf daşdan hörülmüş iki metr hündürlüyünd kürsü vardır. Qırmızı torf daş Öndrimizin marağına sbb olur.

- Bu daşlardan Bakıya göndrmk olarmı? - dey soruşur.

Firidun Bağırov deyndə ki, onlar Ermənistandan gətirilmdir, Heydər Əliyev məyus olur: "Onda lazım deyil", - deyir.

1951-ci ildən ömrünün sonuna qədər əvvəlcə kolxoz sədri, sonra sovxoz direktoru işlyən Firidun Bağırov Heydər Əliyevin hakimiyyəti dövründə kəndi sanki şəhər döndərmişdi: Mədəniyyət sarayı, asfalt küçələr, qonaq evi, kino zalı, radio qovşağı, evlər çəkiln radio və telefon xətti, univermaq, yüz çarpayılıq iki mərtəbli xəstəxana, texniki-peşə, musiqi, səkkiz illik və üç mərtəbli, şəhər tipli on illik məktəb, iki istirahət parkı, iki uşaq bağçası, hamam, çörk zavodu, elektrik dəyirmanı, bərbərxana, şərab zavodu, maşın-traktor parkı, dağdan - 12 km-lik məsafdən çəkiln içməli su xətti, kəndin işıq və qazla təmin edilməsi, ürəyi qurub-yaratmaq eşqil döyünən Öndərimiz məmnunluq gətirmyə bilməzdi.

Heydər Əliyev Firidun Bağırovun heç nəyi gizlətmədən açıq danışdığını bəyənirdi. Bir dəfə söhbət zamanı deyir: "Bir mərtəbəli, palçıqdan tikilmiş evlər diqqətimi cəlb etdi. Belə çalışqan camaatın evləri belə olmamalıdır. Mən camaatın üzündə qayğı və sıxıntı hiss etdim. Bu nədən ola bilər?"

- Yoldaş Əliyev, indi fəhlə də, çoban da övladlarını ali məktəbdə oxudur. Bu, əlavə məsrəf tələb edir. Ailədən yeni ailə yaranır. Yəni cavanlar evlənirlər. Əvvəllər cehiz yorğan-döşəkdən ibarət olurdu. İndi gəlinə mebel alınır, zinət əşyaları alınır. Hüzür yerində əvvəllər halva verərdilər. İndi ehsan verilir. Mən şəxsən imkansızlara bir qutu yağ, bir qutu çay, bir kisə qənd göndərirəm.

- Əvvəllər ailələr mal-qara, qoyun-quzu saxlayırdılar. İndi sovxozdan aldıqları əmək haqqından başqa bir gəlir yerləri yoxdur.

Heydər Əliyev xeyli fikrə gedir və əlavə edir:

- Mən fikir verdim, kəndinizin aşağısında kilməyən torpaqlar baş alıb gedir. Oralarda suyunuz varmı?

- Bəli, var. Kəhrizimiz, bol sulu bulaqlarımız var. Artezian quyular da qazmaq olar. Kür çayına qədər uzanıb gedən ucsuz-bucaqsız münbit torpaqlı sahələr vardır. Yeri gəlmişkən, kəndimiz buraya sərin əvvəllrində Kürün qırağından köçüb. Orada indi də tut, nar, incir ağacları vardır. Yaz gələndə camaat mal-qarasını yığıb orada bin salardı.

- Çox yaxşı, onda siz bel edin. Torpaqları zəhmtkeşlər paylayın. Qoy kəsinlər. Komissiya yaradın. Məhsul yetişn vaxt vergi müəyyən edin. Elə edin ki, vergi münasib olsun. Yoxsa kəməzlər.

Ulu öndər Firidun Bağırovun işgüzarlığını yüksək qiymətləndirirdi. Bilirdi ki, dediyi kimi də olacaq.

İndi kəndimizi ağ kərpic daşdan tikilmiş ikimərtəbəli evlər bəzəyir.

Tarix elə gətirdi ki, sovet sistemi dağıldı. Müstqilliy qovuşduq. Aradan illər keçdi. Ulu öndəh Sovetin qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə kəndimizdə cəsartlə həyata keçirdiyi "islahat" ölkədə qanun halını aldı. Torpaqlar xalqa paylandı.

İbrətamiz bir məsələdən də danışmaq istərdim. Ulu öndər Moskvada yüksək vəzifədən kənarlaşandan sonra sovet sisteminin yazılmamış qanunlarına əsasən, onun portretlərini hər yandan yığışdırırdılar. Kiçik qardaşım Ələsgər müəllim (Millət vəkili Qənirə Paşayevanın atası) kəndimizdə olan iki tam orta məktəb, xəstəxana, musiqi məktəbi, kənd klubu, sovxoz idarəsi və başqa yerlərdən onun portretlərini yığıb evində bir otaqda saxlayır və özü də o otaqda yatırdı.

Ə.Vəzirov hakimiyyətə gələn kimi məni M.F.Axundov adına Pedaqoji İnstitutda Xarici Dillər kafedrasının müdiri vəzifəsindən, qardaşım Ələsgər müəllimi isə müxalifətə qoşulmadığına görə cəbhəçilər hakimiyyətə gələn kimi məktəb direktorluğundan kənarlaşdırdılar.

Adımızı qoydular "Əliyevçilər". Nə gizlədim, vəzifədən haqsızlıqla çıxarılanda adama ağır gəlir. Bununla belə, hər ikimiz bu adla fəxr etdik.

Dahi şəxsiyyət Heydər Əliyev əbədiyyətə qovuşandan sonra istəklə yazdığım çoxsaylı məqalələr deyilənlərə dayaq olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr