ABŞ Prezidenti Donald Tramp Çinə dövlət səfərini başa vuraraq xüsusi reyslə ölkəsinə yollanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Birləşmiş Ştatlar liderinin Çinə üçgünlük səfəri sıx qrafik çərçivəsində reallaşıb. Danışıqlar zamanı Ukrayna böhranı və ABŞ-İran münaqişəsi də daxil olmaqla bir sıra aktual ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib.
Tramp qeyd edib ki, Vaşinqton və Pekin İran məsələsində oxşar mövqelərə malikdirlər. Onun fikrincə, Çin lideri Si Cinpin də silahlı qarşıdurmaya son qoymaq istəyir.
ABŞ lideri iki ölkə arasında uğurlu ticarət müqavilələri bağlandığını da bəyan edib.
Bundan əlavə, Çinin ABŞ şirkətlərinə yüz milyardlarla dollar investisiya qoyacağı və bu ölkənin Birləşmiş Ştatlardan 200 "Boeing" təyyarəsi sifariş etməyi planlaşdırdığı da vurğulanır.
09:48
ABŞ Prezidenti Donald Tramp Çinə səfərinin üçüncü günündə bu ölkənin lideri Si Cinpinlə növbəti dəfə görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
"Çin sədri Si Cinpin ABŞ lideri Donald Trampla Çjunnanxay iqamətgahında qısa görüş keçirib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün liderlər arasında ilk görüş baş tutub.
"Cebheinfo.az"