AZ

ABŞ ın İsraildəki səfiri Körfəz ölkələrini tərəf seçməyə çağırıb

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bəyan edib ki, Fars körfəzinin ərəb dövlətləri İsrailə dəstək və ya İran arasında seçim etməlidirlər.

Xalqcebhesi.az -ın xəbərinə görə, "Clash Report" onun bu sözlərini sitat gətirir.

O, həmçinin əlavə edib ki, əgər ABŞ Prezidenti Donald Tramp İsraildəki seçkilərdə iştirak etsəydi, "ehtimal ki, səslərin 95%-ni alardı". Səfir qalan 5%-in isə "psixiatriya xəstəxanalarında olduğunu və buna görə də səslərinin onsuz da sayılmadığını" qeyd edib.

Bundan əlavə, Hakabi vurğulayıb: "Dünya, özünün etməyə cəsarəti çatmadığı bir şeyə — yəni HƏMAS-ın məhv edilməsinə görə İsraili qınaya bilməz. Siz kimisə yanğını söndürmək üçün alovun içinə göndərib, sonra da onun üstündən tüstü qoxusu gəldiyi üçün şikayətlənə bilməzsiniz".

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
icma.az

2Mənbələr