AZ

“Sabah” “Lill”in vingerini transfer edir

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Növbəti mövsüm avrokuboklarda iddialı olmaq istəyən “Sabah” yeni futbolçu transfer edib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Lill”də çıxış edən Yunes Laşaabla anlaşıb.21 yaşlı vingerlə yaxın günlərdə müqavilə imzalanacaq.Liqa 1 təmsilçisində cəmi 2 matça çıxan Yunes Laşaab əsasən klubun əvəzedici komandasında oynayır.Bu, “Lill”dən “Sabah”a keçən ilk oyunçu deyil. Mövsümün əvvəlində icarə əsasında “Sabah”da çıxış edən Aaron Maluda ilə yanvar ayında dörd illik müqavilə imzalanıb.Qeyd edək ki, “Sabah” növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
icma.az

2Mənbələr