AZ

Putin mayın 20-də Çinə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 20-dəÇinə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “The South China Morning Post" qəzeti yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Kreml rəhbərinin Çinə səfəri ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən bir neçə gün sonraya təsadüf edəcək.

Qeyd olunub ki, əgər Putinin səfəri baş tutarsa, bu, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi olacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
42
missiya.az

1Mənbələr