AZ

İspaniyanın Baş naziri Lamin Yamalı etdiyi hərəkətə görə dəstəklədi

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın Baş naziri Pedro Sançes "Barselona"nın hücumçusu Lamin Yamalın hərəkətlərinə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "X" media hesabında paylaşım edib.

xatırladaq ki, mayın 11-də Kataloniya komandasının çempionluq paradı zamanı hücumçu komanda avtobusundan Fələstin bayrağını dalğalandırıb.

"Dövlət bayrağını dalğalandırmağın 'nifrəti qızışdırmaq' olduğuna inananlar ya dəlidirlər, ya da öz utanclarından kordurlar. Lamin sadəcə milyonlarla ispan tərəfindən hiss edilən Fələstinlə həmrəyliyini ifadə etdi. Onunla fəxr etmək üçün başqa bir səbəb", - deyə Pedro Sançes bildirib. 

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik də hadisə ilə bağlı şərh verib: "Mən adətən bu cür şeyləri sevmirəm. Mən ona dedim ki, bu, onun öz seçimidir. O, artıq yetkin insandır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
sport24.az

1Mənbələr