AZ

Xarkov vilayətində Otardnoye kəndi işğaldan azad edilib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətində işğal edilmiş Otardnoye kəndini və ətraf əraziləri öz nəzarəti altına alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə 129-cu ağır mexanizasiya briqadası "Facebook" səhifəsində məlumat yayıb.

“Müdafiə Qüvvələrinin planlaşdırılmış əməliyyatı nəticəsində Dvorichanski rayonunda yerləşən Otardnoye kəndi və ətraf əraziləri işğalçılardan təmizlənərək yenidən nəzarətimiz altına alınıb”, – deyə briqada məlumatında bildirilib.

Qeyd edilir ki, briqada hücum əməliyyatları həyata keçirərək düşmənin meşə zolaqları, möhkəmləndirilmiş mövqelər və dəstək nöqtələrini atəşə tutub və onları oradan çıxarıb.

Əməliyyat zamanı xüsusi hücum bölmələri, dron operatorları və artilleriya cəlb olunub. “Onların koordinasiyalı işi düşmənin canlı qüvvəsini, atəş vasitələrini və sığınacaqlarını ardıcıl şəkildə aşkarlayıb, məhv etməyə imkan verdi”, – deyə briqada məlumat verib.

Ölkə mətbuatının verdiyi məlumata görə, Birgə Qüvvələrin sözçüsü Viktor Trequbov may ayında rusların Xarkov vilayətində Kupyansk yaxınlığında fəallaşdığını və böyük qüvvələr cəlb etdiklərini bildirib. Düşmən artıq şəhərin şimalında yerləşən kəndlərin bir qismini nəzarətə alıb.

Onun sözlərinə görə, mart-fevral aylarında Kupyansk yaxınlığında Rusiya fəaliyyətləri azalmışdı, çünki düşmən “itkilərini bərpa edir” və hücum əməliyyatları üçün potensialını artırırdı.

Trequbov qeyd edib ki, düşmənə iki amil yardım edir – pis hava şəraiti və “yaşıl sahələrin” ortaya çıxması.

Sözçü əlavə edib ki, işğalçıların Kupyansk üzərində təzyiqində böyük rol oynayan ərazilərdən biri şimalda yerləşən Qolubovka kəndidir. Düşmən o kənd vasitəsilə şəhərə girməyə çalışır. Hələ ki, işğalçılar müəyyən mövqeləri saxlayır, bu isə ukraynalı müdafiəçilər üçün şəhərə yaxın ərazilərdə düşməni məhv etməyi çətinləşdirir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
icma.az

1Mənbələr