AZ

Donald Tramp: Si Cinpin İrana silah göndərməyəcəyinə zəmanət verib

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ona Çinin İrana silah göndərməyəcəyinə dair zəmanət verdiyini bildirib.

 

ABŞ Prezidenti bu barədə Çində “Fox News”a verdiyi müsahibəsində danışıb.

 

“Si Cinpin bu barədə bu gün açıqlama verdi. Bu, çox mühüm bəyanatdır. Bununla belə, Çin neftin böyük hissəsini İrandan alır və bu əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib”, – deyə ABŞ Prezidenti əlavə edib.

Seçilən
10
6
senzor.az

7Mənbələr