AZ

Media: Putin Çinə səfər edəcək

Pekin, 15 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Çinə tarixi səfərindən bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin də Çinə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb. Mənbə bildirib ki, mayın 20-nə planlaşdırılan birgünlük səfər Moskva ilə Pekin arasında münasibətlərin müzakirəsi üçün rutin xarakter daşıyır.

Nəşr yazır ki, əgər Vladimir Putinin səfəri baş tutarsa, bu, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi olacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
23
4
azertag.az

5Mənbələr