AZ

DYP sürücülərə xəbərdarlıq etdi: Təhlükəli döngələrdə diqqətli olun! VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, ölkəmizin füsunkar bölgələrinə səfərlər zamanı sürücülər bir sıra hallarda sərt döngəli, enişli-yoxuşlu yollarla hərəkət etməli olurlar. Xüsusilə dağlıq ərazilərdə yerləşən kiçik radiuslu, məhdud görüntülü döngələr qəza riskini artıran əsas amillərdəndir.

Belə yol sahələrində sürücülərin təhlükəsiz hərəkəti üçün yol nişanlarının tələblərinə ciddi əməl etməsi vacibdir. “Təhlükəli döngə”, “Təhlükəli döngələr”, “Sərt eniş”, “Sərt yoxuş”, “Döngənin istiqaməti” kimi xəbərdaredici nişanlar sürücünü qarşıdakı yol şəraiti barədə əvvəlcədən məlumatlandırır və ehtiyat tədbirləri görməyə çağırır.

BDYPİ bir daha xatırladır ki, yol nişanları yalnız hərəkəti nizamlamaq üçün deyil, həm də sürücü və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Təhlükəli yol sahələrində sürət həddinə riayət etmək, məsafə saxlamaq və diqqətli olmaq hər bir sürücünün əsas vəzifəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
avtosfer.az

1Mənbələr