AZ

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” şirkətinin Direktorlar şurasının tərkibi yenidən seçiləcək

ain.az, Marja.az portalına istinadən məlumat verir.

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir.

Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

1. “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2025-ci il üzrə hesabatının təsdiqi.

2. Direktorlar şurasının (müşahidə şurasının) tərkibinin yenidən seçilməsi və təsdiqi.

3. Digər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu (Hövsan qəsəbəsi), Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir. Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, (Hövsan qəsəbəsi) Şakir Ziyadov küçəsi 1. Direktorlar şurası (müşahidə şurası).

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
3
marja.az

4Mənbələr