AZ

Dünyanın üçüncü ən kiçik dövləti adını dəyişmək istəyir

Vatikan və Monakodan sonra dünyanın üçüncü ən kiçik dövləti hesab edilən Sakit okean ölkəsi olan Nauru rəsmi adını Naoero olaraq dəyişdirməyi planlaşdırır. Bu təşəbbüslə ölkə Prezidenti Devid Adeanq çıxış edib.

Publika.az İsveçin “Expressen” nəşrinə istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, hazırkı “Nauru” adı müstəmləkə dövründə yaranıb, çünki əcnəbilər ölkənin tarixi adını düzgün tələffüz edə bilmirdilər. Prezident bildirib ki, yeni ad xalqın mədəni irsini, dilini və milli kimliyini daha dolğun şəkildə əks etdirməlidir.

Nauru Almaniyanın qısa müddətli idarəçiliyi istisna olmaqla, 1968-ci ildə müstəqillik əldə edənədək Böyük Britaniya və Avstraliyanın protektoratı altında olub.

2016-cı ildə miqrasiya böhranı zamanı Nauru Avstraliyaya girişə icazə verilməyən 1200-dən çox qaçqını qəbul edib. Həmin şəxslər çadır düşərgələrində saxlanılıb və “Amnesty International” insan hüquqları təşkilatı bu düşərgələrdəki şəraiti “dəhşətli” adlandırıb.

Seçilən
1
4
publika.az

5Mənbələr