AZ

Bütün Eurovision 2026 finalçıları açıqlandı: Azərbaycan yenə finalçılar sırasına düşə bilmədi

14 may Cümə axşamı günü Eurovision 2026-nın ikinci yarımfinalı keçirilib.

Oxuməni.az xəbər verir ki, gərgin keçən yarışmada növbəti mərhələyə adlayan ölkələrin adları məlum olub. Təəssüflər olsun ki, onların arasında Azərbaycan təmsilçisi yoxdur.

Belə ki, Azərbaycan təmsilçisi Cəmilə Haşımova (JIVA) Vyanada keçirilən ikinci yarımfinaldan sonra finala vəsiqə qazana bilməyib.

Birinci yarımfinalda olduğu kimi, bütün iştirakçılar çıxış etdikdən dərhal sonra səsvermə başladı.

Tamaşaçıların səsverməsinə əsasən, aşağıdakı ölkələr finala vəsiqə qazandı:

Bolqarıstan

Ukrayna

Norveç

Avstraliya

Rumıniya

Malta

Kipr

Albaniya

Danimarka

Çexiya

Eyni zamanda, aşağıdakı ölkələr yarışmanı tərk edib:

Azərbaycan

Lüksemburq

Ermənistan

İsveçrə

Latviya

Ukrayna necə çıxış etdi

Əziz MUSTAFA

Seçilən
62
1
oxumeni.az

2Mənbələr