Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Almaniyanın sabiq kansleri Angela Merkel kansler kimi çalışdığı dövrdə fiziki və psixoloji gərginliklərin öhdəsindən gəlməyə ona mütaliənin və şəhərdən kənara səfərlərin kömək etdiyini bildirib.Bizim.Media xəbər verir ki, bu barədə o, "Focus" nəşrinə müsahibəsində danışıb.
"Mən kifayət qədər dözümlü insanam. Lakin həmişə diqqət edirdim ki, asudə vaxtım olsun və nəsə oxuya bilim. Şənbə günləri demək olar ki, heç vaxt evdən çıxmazdım", – deyə sabiq kansler qeyd edib.
Merkel xatırlayır ki, boş vaxtlarında Berlin yaxınlığında, Brandenburq federal torpağında yerləşən Ukkermark bölgəsinə gedirmiş. Onun bağ evi məhz orada yerləşir.Keçmiş kansler həmçinin bağçılıqla maraqlandığını da bildirib. O etiraf edib ki, bu sahə onda həmişə yaxşı alınmır.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.